Bakıda ögey anaya üsyan edən bacı-qardaşın faciəsi ilə bağlı <span style="color:red;">YENİ XƏBƏR : <span style="color:red;">Gənc qız...
26 fevral 2019 11:28 (UTC +04:00)

Bakıda ögey anaya üsyan edən bacı-qardaşın faciəsi ilə bağlı YENİ XƏBƏR: Gənc qız...

Atasının ikinci həyat yoldaşının övladı olacağı xəbərinə etiraz edərək sirkə turşusu içib özünü zəhərləyən Aysel Kərimova evinə buraxılıb.

Bu barədə Lent.az-a məlumat verən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov 23 yaşlı qızın vəziyyətinin yaxşı olduğunu, bir həftə xəstəxanada yatdıqdan sonra evinə getdiyini bildirib.

Qeyd edək ki, fevralın 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində ataları Bakir Kərimovun ikinci dəfə ailə qurmasından sonra övladının doğulacağı xəbərinə üsyan edən ilk qadından olan  övladları intihara cəhd edib. Oğlu  19 yaşlı Asim Kərimov özünü asaraq intihar edib. Onun həyatını xilas etmək mümkün olmayıb.  Qızı Aysel Kərimova isə sirkə turşusu içərək, intihara cəhd edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 987

Oxşar yazılar