Şərqi Azərbaycanda zəlzələ olub
07 avqust 2013 04:36 (UTC +04:00)

Şərqi Azərbaycanda zəlzələ olub

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində zəlzələ baş verib. APA-nın “Oyannews”a istinadən məlumatına görə, 3.6 bal gücündə olan təbii fəlakətin episentri Vərziqan şəhəri olub. Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzi zəlzələnin yerli vaxtla saat 11:15-də meydana gəldiyini xəbər verib. Dağıntı və tələfat barədə məlumat yoxdur. 

 

Qeyd edək ki, 2012-ci ilin avqustunda  Şərqi Azərbaycanın Əhər, Vərziqan və Heris şəhərlərində 6 və 6.2 bal gücündə olmaqla iki güclü zəlzələ baş verib. Nəticədə rəsmi statistikaya əsasən, 358 nəfər həlak olub, 1380 nəfər yaralanıb, 430 kəndin 40-100%-i dağılıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667

Oxşar yazılar