Şəmkirdə uşaqlar idarə müdiri "oldular"
01 iyun 2015 16:14 (UTC +04:00)

Şəmkirdə uşaqlar idarə müdiri "oldular"

1 İyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə Şəmkir rayonunda tədbir keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdən öncə rayonun ictimai-siyasi, mədəni həyatında fəal iştirak edən şagirdlər Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla görüşüb və hədiyyələrlə mükafatlandırılıblar.

Daha sonra uşaqlar gələcəkdə sahib olmaq istədikləri peşə sahələrinə uyğun olaraq idarə və müəssisələrə yollanıblar. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısı Aparatında və digər idarələrdə bir neçə saat keçirən uşaqlar sahib olmaq istədikləri peşə haqqında məlumat alıb, bəzi idarələrdə bir neçə saatlıq rəhbər olublar. 

Bayram münasibəti ilə Şəmkir rayon  Əhməd Cavad adına Mədəniyyət mərkəzində uşaqlar üçün musiqili-əyləncə proqram təşkil edilmişdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160

Oxşar yazılar