Şərur sakinini ölümlə hədələyərək pulunu alan şəxs tutuldu
19 oktyabr 2013 11:37 (UTC +04:00)

Şərur sakinini ölümlə hədələyərək pulunu alan şəxs tutuldu

Şərur rayon sakinini ölümlə hədələyərək ondan xeyli miqdarda pul alan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, oktyabrın 18-də Şərur rayon sakini Nadir Orucov ərizə ilə 25-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, sentyabrın 18-dən oktyabrın 17-dək Zabrat qəsəbəsində Bakı şəhər sakini Racu Əliyev onu öldürəcəyi ilə hədələyərək ondan hissə-hissə 3000 ABŞ dollar alıb. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində R. Əliyev saxlanılıb və cinayət materialı Sabunçu Rayon Polis İdarəsinə göndərilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar