Şəkidə intihar
27 yanvar 2014 21:50 (UTC +04:00)

Şəkidə intihar

0
Şəkidə 54 yaşlı kişi intihar edib.

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Şəki şəhəri, Bağbanlar küçəsi döngə 2, ev 21 ünvanında qeydə alınıb.

 

Şəki şəhər sakini, 1960-cı il təvəllüdlü, Manaflı Nemət Şirin oğlu özünü hələ ki istintaqa naməlum səbəbdən yaşadığı evin həyətyani sahəsində tikilmiş altıaçıqdan asaraq intihar edib.

 

Faktla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (üzünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1216

Oxşar yazılar