Sabirabadda dəhşətli qəza:    4 ölü  - YENİLƏNİB
11 yanvar 2014 13:32 (UTC +04:00)

Sabirabadda dəhşətli qəza: 4 ölü - YENİLƏNİB

0

Azərbaycanın Sabirabad rayonunda baş verən dəhşətli avtoqəza nəticəsində 4 nəfər ölüb.


 

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, gecə saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 12-ci kilometrliyində, Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yük maşını ilə “VAZ-21011” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər ölüb, bir nəfər ağır yaralanıb.

 

Sabirabad rayonunun Nəriman kənd sakinləri - 1994-cü il təvəllüdlü sürücü Həsənov Fərid Nazir oğlu, sərnişinləri - 1995-ci il təvəllüdlü Əhmədov Ələddin Qazər oğlu, 1991-ci il təvəllüdlü Cəbrayılov Orxan Etibar oğlu və 1994-cü il Hüseynov Mircəfər Zamin oğlu hadisə yerində dünyasını dəyişib.

 

Yaralı - Nəriman kənd sakini, 1991-ci il təvəllüdlü Əhmədov Fərid Gülmirzə oğlu Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3972

Oxşar yazılar