Rusiyanın Ukraynadakı azərbaycanlı fəxri konsuluna hücum olub
14 aprel 2014 20:19 (UTC +04:00)

Rusiyanın Ukraynadakı azərbaycanlı fəxri konsuluna hücum olub

 Ukraynanın Çerniqov vilayətindəki Rusiyanın fəxri konsuluna hücum olub.

 

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Çerniqov vilayəti üzrə nümayəndəliyindən APA-ya verilən məlumata görə, hücuma məruz qalan fəxri konsul, iş adamı, azərbaycanlı Vaqif Əhməd oğlu Əliyevdir.

 

Ötən gün axşam saatlarında Çerniqov şəhərinin mərkəzində yerləşən Fəxri Konsulluğa hücum edən maskalı şəxslər qapı-pəncərələri daş-qalaq edib, şüşələri sındırıblar.

 

Hadisə zamanı V. Əliyev ofisdə olsa da, xəsarət almayıb, mühafizəçilər və yerli hüquq-mühafizə orqanlarının köməyi ilə hücum dəf edilib.

 

Hadisəni törədənlərin kimliyi ilə bağlı araşdırma aparılır, hadisə nəticəsində xəsarət alan olmayıb.  

 

Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov isəAPA-ya bildirib ki, Ukrayna vətəndaşı, Çerniqov sakini olan iş adamı V. Əliyev 2008-ci ildən Rusiyanın fəxri konsuludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3150

Oxşar yazılar