
Rusiyada iki avtobus toqquşdu, 3 AZƏRBAYCANLI ÖLDÜ
Rusiyanın Stavropol vilayətində “Reno” markalı mikroavtobus uşaq futbol komandasını daşıyan “Mersedes” markalı avtobusla toqquşub. Qəza nəticəsində dörd nəfər, o cümlədən üç Azərbaycan vətəndaşı ölüb. Hadisə Moskva vaxtı ilə 7.40-da Stavropolun 331 kilometrliyində yerləşən Mineralvodsk rayonunda qeydə alınıb.
Maxaşqala-Soçi istiqamətində hərəkət edən avtobusda 39 nəfər olub, onlardan 34 nəfər 10-12 yaşlı uşaqlardır. Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, xəsarət alanlar arasında uşaqlar yoxdur. Qəzada ölən azərbaycanlılar mikroavtobusun sürücüsü və iki sərnişindir. “Mersedes” markalı avtobusda isə uşaq futbol komandasının məşqçisi həlak olub. Xəsarət almış 6 sərnişindən ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Üç uşaq hospitala yerləşdirilib, digərləri isə Minvoddakı mədəniyyət evində göndəriliblər. İlkin məlumata görə, qəzaya “Reno” markalı mikroavtobusun sürücüsünün sükan arxasında yatması səbəb olub.
Oxşar yazılar

Laçında yanğın SÖNDÜRÜLDÜ: saxlanılanlar var - YENİLƏNİB
17 iyul 2025 , 18:23
5 yaşlı Xocalı qurbanının məzarı açıldı
17 iyul 2025 , 17:40
İş adamı öz restoranında zəhərləndi
17 iyul 2025 , 17:05
Dövlət əleyhinə çağırışlara görə saxlanılan Mirədalət Talışxanovun məhkəməsi başladı
17 iyul 2025 , 16:53
Bakıda 3 prokuror işdən çıxarıldı
17 iyul 2025 , 16:11
Məşhur velosipedçi yarış zamanı öldü
17 iyul 2025 , 15:23
İki bacı çayda boğulub öldü
17 iyul 2025 , 14:26