
Azərbaycanlılar Rusiyada qəzaya düşdü: Yaralılar var
Dünən Rusiyanın Dağıstan Respublikasının Qayakənd rayonu ərazisində nəqliyyat hadisəsi baş verib.
Azərbaycanın Rusiyadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, bu haqda Səfirliyə məlumat daxil olan kimi, dərhal yerli polis idarəsinin sözügedən nəqliyyat hadisəsini araşdıran müstəntiq, mərkəzi xəstəxananın baş həkimi, yerli diaspor nümayəndələri, həmçinin qəzaya düşən nəqliyyat vasitəsinin sürücüsü ilə əlaqə saxlanılıb.
Əldə olunmuş məlumata əsasən, qəza nəticəsində 2 nəfər Rusiya vətəndaşı həyatını itirib, 7 nəfər Azərbaycan vətəndaşı isə xəsarət alıblar. Onlardan 3 nəfər ilkin müayinə olunduqdan sonra, 1 nəfər isə qohumlarının zaminliyi ilə evə buraxılıb.
Hazırda Qayakənd rayon mərkəzi xəstəxanasında 3 nəfər həmvətənlərimiz vardır ki, onların da vəziyyəti orta ağır olaraq qalır. Bunlar Sevindik Əsgərov (1964-cü il təvəllüdlü), Ağabəy İsayev (1954-cü il təvəllüdlü) və Eldar Həsənəliyev (1990-cı il təvəllüdlü) adlı soydaşlarımızdır.
Səfirlik məsələni və həmvətənlərimizin durumunu nəzarətdə saxlayır.
Oxşar yazılar

Tiktoker "Əfi" yenidən HƏBS EDİLDİ - VİDEO
14 iyun 2025 , 22:27İsrail və İranın bir-birinə atdığı raketlər Naxçıvandan görünür -VİDEO
14 iyun 2025 , 22:19
İntizam Məmmədov həbs olundu
14 iyun 2025 , 22:02
Şəkidə yük maşını aşdı, ölən var
14 iyun 2025 , 19:51
4 uşaq qazdan zəhərləndi, ikisi öldü
14 iyun 2025 , 17:45
Lənkəranda yeniyetmə dənizdə boğuldu
14 iyun 2025 , 17:33
İrandan qarpız gətirən maşından 207 kilo narkotik çıxdı
14 iyun 2025 , 16:58