Rəqsanənin Türkiyə çalışmaları
01 mart 2013 13:29 (UTC +04:00)

Rəqsanənin Türkiyə çalışmaları

Ötən həftədən Türkiyədə olan müğənni Rəqsanə İsmayılova  çalışmalarını davam etdirir. Musiqiçi Özgür Arkun və onun heyəti ilə işləyən Rəqsanə albomunu tamamlamaq üzrədir. İşlərindən Lent. az-a danışan müğənni deyib ki,  yorğundur: “Yorğun günlərdi. Amma işin keyfiyyətini görəndə, yorğunluğu unuduruq .” O, İstanbulda yeni ev kirayələdiyini və  çalışmaq üçün özünə rahat məkan seçdiyini bildirib.

 

Müğənni bu günlərdə əməkdar artist Zaur Əmiraslanovla duet oxumağa qərar verib və həmkarını Türkiyəyə dəvət edib. Zaurun yaxın günlərdə ora yola düşəcəyi gözlənilir.

# 836
avatar

Oxşar yazılar