Ramiz Əzizbəyli reanimasiyadan palataya köçürüldü
27 fevral 2014 14:09 (UTC +04:00)

Ramiz Əzizbəyli reanimasiyadan palataya köçürüldü

0

Xalq artisti Ramiz Əzizbəyli reanimasiya və intensiv terapiya şöbəsindən palataya köçürülüb.

 

Xalq artistinin qızı Cəlalə Əzizbəylinin APA-ya verdiyi məlumata görə, aktyorun səhhəti orta-ağır olaraq qiymətləndirilir: “Xəstəxanaya gətirildiyi gündən hiss olunacaq dərəcədə irəliləyiş var. Hər halda, irəliləyiş olmasaydı, həkimlər palataya yerləşdirməyi lazım bilməzdilər”.

 

C.Əzizbəyli əlavə edib ki, xalq artistinin hələlik evə buraxılması planlaşdırılmır: “İnanmıram ki, həkimlər tezliklə evə buraxmağı məsləhət bilsinlər. Çünki müalicəsi uzun müddət xəstəxana şəraitində davam etməlidir”.

 

Qeyd edək ki, R.Əzizbəyli beyin insultu diaqnozu ilə fevralın 21-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 881

Oxşar yazılar