Qubada narkotik plantasiyası aşkarlanıb
06 iyun 2014 21:04 (UTC +04:00)

Qubada narkotik plantasiyası aşkarlanıb

0
Quba rayonun Barlı kəndi ərazisində narkotik vasitələrin yetişdiridiyi plantasiya aşkar edilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba  Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində təxminən 2 sotdan artıq sahəni əhatə edən narkotik plantasiya müəyyənləşdirilib.

 

Məlum olub ki, həmin sahə Qubanın Barlı kənd sakini  55 yaşlı Mirişov Fərman Sədulla oğluna məxsusdur.  Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. F.Mirişov istintaqa verdiyi ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün əkdiyini deyib.

 

Quba RPŞ-nin müstəntiqi İlkin Kərimov APA-ya bildirib ki, həyata keçirilən əməliyyat nəticəsində 125 ədəd çətənə kolu maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1010

Oxşar yazılar