Qızıl Xaç tutulan erməni ilə bağlı danışıqlara başlayıb
29 yanvar 2014 11:25 (UTC +04:00)

Qızıl Xaç tutulan erməni ilə bağlı danışıqlara başlayıb

0

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) dünən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində tutulan erməni ilə bağlı danışıqlara başlayıb.


 

Qurumun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, BQXK mandatına uyğun olaraq əlaqədar orqanlarla saxlanılan Ermənistan vətəndaşı ilə görüşmək üçün danışıqlar aparır.

 

Qeyd edək ki, yanvarın 29-da saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib və düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

 

Hazırda saxlanılan erməni əsirin fəaliyyəti ilə bağlı araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1329

Oxşar yazılar