Qərib Məmmədov: “Gürcüstanın Balakəndə saldığı kəndin ərazisi ilə bağlı danışıqlar aparılacaq”
06 may 2013 15:51 (UTC +04:00)

Qərib Məmmədov: “Gürcüstanın Balakəndə saldığı kəndin ərazisi ilə bağlı danışıqlar aparılacaq”

Azərbaycan və Rusiya sərhədlərinin demarkasiyasına dair danışıqların növbəti mərhələsi mayın 13-18-də olacaq.


 

APA-nın xəbərinə görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan nümayəndələri mayın 13-dən 18-dək Rusiyanın dəvəti ilə bu ölkədə olaraq sərhədlərin demarkasiyasına aid danışıqlar aparacaqlar.

 

Komitə sədri deyib ki, Gürcüstanla sərhədlərin delimitasiyasına dair danışıqlar isə komissiyalar səviyyəsində aparılır: “Hazırda Gürcüstandan dəvət gözləyirik. Gürcüstanla 480 km sərhədin 300 km-i razılaşdırılmayıb. Danışıqlar razılaşdırılmayan 180 km ətrafında aparılır”.

 

Q. Məmmədov həmçinin deyib ki, danışıqlar zamanı Gürcüstanın Balakən rayonu ərazisində saldığı Eresmedi kəndi ilə bağlı da müzakirələr aparılacaq: “Gürcüstan Balakən rayonu ərazisində təxminən 20 hektar ərazidə Eresmedi adlanan kənd salıb. Bu kəndin ərazisinin necə əvəzləndirilməsi ilə bağlı danışıqlar aparılacaq”.  

 

# 770
avatar

Oxşar yazılar