Qaxda narkotik tərkibli bitki becərən 2 nəfər həbs edilib
24 iyul 2014 01:15 (UTC +04:00)

Qaxda narkotik tərkibli bitki becərən 2 nəfər həbs edilib

Qaxda rayon ərazisində narkotik tərkibli bitkiləri əkib- becərən Balakən rayon sakinləri saxlanılıb.


 

Qax rayon Polis Şöbəsindən  APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qax RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərdirilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

 

Tədbir nəticəsində rayonun Calayır kənd inzibati ərazisində meşə zolağının ayrı-ayrı hissələrində,  birində 5 ədəd, digər hissəsində isə 20 ədəd olmaqla, kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib. Narkotik tərkibli bitkilərin kimin tərəfindən  əkildiyini müəyyən etmək üçün əraziyə Qax RPŞ-i tərəfindən pusqu təyin edilib. Nəzarətdə olan əraziyə iki nəfər nəməlum şəxs gələrək narkotik tərkibli bitkiyə qulluq etdikləri  zaman elə iş başında yaxalanıblar.

 

Aparılan araşdırma zamanı məlum olub ki, ərazidə narkotik tərkibli bitkini əkən və qulluq edən şəxslər 1981-ci il təvəllüdlü, Balakən rayonu Gərəkli kənd sakini Akif Qurban oğlu Musayev və 1975-ci il təvəllüdlü, Balakən şəhər sakini Rəfail Məmməd oğlu Manafovdur. Saxlanılan şəxslərin üstlərində aparılan axtarış  zamanı Akif  Musayevdən 5,7 qram narkotik maddə hesab olunan qurudulmuş  marixuana aşkar edilərək götürülüb. İş başında yaxalanan Akif  Musayev və Rəfail Manafov Qax RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə aparılıblar. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar