PSJ-nin yeni baş məşqçisi məlum oldu
22 iyun 2013 11:38 (UTC +04:00)

PSJ-nin yeni baş məşqçisi məlum oldu

Fransanın PSJ futbol komandasına yeni baş məşqçi təyin olunub. Lent.az-ın “L Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, bu, Loran Blandır.

 

47 yaşlı mütəxəssis “Real Madrid”ə yollanmış Karlo Ançelottini əvəzləyib. “Kral klubu” Fransa çempionuna 4,5 milyon avro kompensasiya da ödəməlidir.

 

Qeyd edək ki, Loran Blan əvvəllər “Bordo”nu 2008-2009-cu il mövsümündə Fransa çempionluğuna qovuşdurub. O, həmçinin Fransa millisi ilə 2012-ci il Avropa çempionatında ¼ finaladək irəliləməyi bacarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638
avatar

Oxşar yazılar