Paytaxtda zəncirvari qəza: ölən var - YENİLƏNİB
02 avqust 2019 13:11 (UTC +04:00)

Paytaxtda zəncirvari qəza: ölən var - YENİLƏNİB

Bir qədər əvvəl R.Rüstəmov küçəsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.
 
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O bildirib ki, Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən opel markalı minik avtomobili digər nəqliyyat vasitəsinə dəyərək əks istiqamətdə gələn nəqliyyat vasitələrinin yoluna çıxıb:
 
"Daha sonra Qara Qarayev prospekti istiqamətində hərəkət edən 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkətdə olan (99 XJ 582 Dövləq Qeydiyyat Nişanı) avtobusun qarşısına çıxaraq avtobusa dəyib. Sərnişinlər arasında xəsarət alan yoxdur.
 
Hazırda qəza ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən də araşdırma aparılır".
 
***
 
12:48
 
Sabunçu rayonu R.Rüstəmov küçəsində 86 ünvanında, avtobusla minik maşını toqquşub.
 
Lent.az-ın məlumatına görə, hadisə nəticəsində 2 nəfər yaralanıb 1 nəfər ölüb. 
 
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yaralılar isə 3 saylı xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağırdır. 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar