Novruz Məmmədov: [b]"Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb"[/b]
01 iyun 2015 15:16 (UTC +04:00)

Novruz Məmmədov: [b]"Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb"[/b]

“Məlumat aldım ki, ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.

 

Onun sözlərinə görə, diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər: “ABŞ-ın ATƏT-dəki səfiri D. Bayer A. Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən? Belə çıxır ki, A. Şahtaxtinski səfir Bayerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 108

Oxşar yazılar