Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib. MMC-dən Lent.az-a verilən məlumata görə, bu gün şəxsi heyətə sıra baxışı keçirilib.
Baxışda “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin rəhbərliyi və 351 əməkdaşı iştirak edib.
Bundan başqa, nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün yeni alınmış 56 ədəd “Reno” markalı mobil nəqliyyat vasitəsi və 1 ədəd evakuatora da baxış keçirilib.
“Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC fəaliyyətinin operativliyini təşkil etmək üçün iyunun 1-dən 24 saatlıq iş qrafikinə keçib.