Nazir müavini və millət vəkillərinin ofislərinə bomba atıldı
13 mart 2013 10:21 (UTC +04:00)

Nazir müavini və millət vəkillərinin ofislərinə bomba atıldı

Bu gecə Yunanıstanın Selanik şəhərində ətraf mühit, enerji və iqlim dəyişiklikləri nazirinin müavini Stavros Kalafatis, millət vəkilləri Kostas Giulekas və Yorgos Orfanosun ofislərinə bomba atılıb.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, partlayış zamanı ölən və yaralanan olmayıb, ofislərə maddi ziyan dəyib.

 

Yunanıstan hökumətinin sözçüsü Simos Kedikoğlu deyib ki, terror aktları hökuməti yolundan çəkindirmir, əksinə, bütün bunlar hökumətin düzgün yolda olduğunu təsdiqləyir.

# 1150
avatar

Oxşar yazılar