Müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının səfiri Zoran Vayoviçi qəbul edib. Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri qonaqla Azərbaycan-Serbiya ikitərəfli hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məsələləri müzakirə edib.
General-polkovnik Zakir Həsənov Qarabağ probleminin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həllində Serbiyanın göstərdiyi dəstəyə görə səfirə minnətdarlığını bildirib.
Öz növbəsində səfir Z. Vayoviç ölkələrimiz arasında mühüm strateji əməkdaşlığın, dost və mehriban münasibətlərin mövcudluğunu vurğulayıb, Serbiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə tərəfdar olduğunu qeyd edib.

Müdafiə naziri serbiyalı səfirlə görüşüb
0
0
0
0