Müdafiə naziri komandirləri bir yerə yığdı
11 yanvar 2014 12:16 (UTC +04:00)

Müdafiə naziri komandirləri bir yerə yığdı

0

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin rəhbərliyi ilə səyyar toplantı keçirib. Bu barədə nazirliyin mətbuat xidmətindən Lent.az-a bildirilib. Toplantıda komandir və rəis heyətinin görülən işlər barədə məruzələri dinlənilib, qoşunların döyüş hazırlığı üzrə tapşırıqları dəqiqləşdirilib, 2014-cü ildə döyüş hazırlığının təşkili və qoşunların hərtərəfli təminatı ilə bağlı tapşırıqlar verilib. Bir sıra yeni kadr təyinatı və xidmət üzrə yerdəyişmələr edilib.

Toplantı Azərbaycan prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək məqsədilə keçirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1789

Oxşar yazılar