Misirdə Nizami Gəncəvinin büstü qoyulacaq
10 iyun 2013 10:22 (UTC +04:00)

Misirdə Nizami Gəncəvinin büstü qoyulacaq

Diasporla İş üzrə Dövlət Komitəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi ilə Misir Ərəb Respublikasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin xüsusi nümayəndəliyi açılacaq. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, böyük tarixə, adət-ənənəyə və mədəniyyətə malik olan, Azərbaycanın dahi şairi Nizaminin adını daşıyan Beynəlxalq Mərkəzin Misirdəki xüsusi nümayəndəliyi İsgəndəriyyə Kitabxanasının  nəzdində fəaliyyət göstərəcək. Nümayəndəliyin əsas məqsədi Misirdə, eləcə də digər ərəb ölkələrində və Afrika regionunda Mərkəzin fəaliyyətini koordinasiya etmək və Azərbaycan mədəniyyətini təbliğ etməkdir.

Nümayəndəlik bilavasitə İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldinin kuratorluğu ilə fəaliyyət göstərəcək. Bununla yanaşı, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının İsgəndəriyyə Kitabxanasında və İsgəndəriyyə şəhərində əbədiləşdirilməsi üçün İsmayıl Seragəldinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin və Gəncə şəhər icra hakimiyyətinin dəstəyi ilə Nizaminin büstü açılacaq və böyük şairə həsr olunmuş xüsusi guşə yaradılacaq.

 

Bütün bunlar, eləcə də digər məsələlər İ.Seragəldinin iyul ayında Azərbaycana planlaşdırılan işçi səfəri çərçivəsində ətraflı müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar

Bakıda 19 yaşlı qız binadan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxıldı

24 may 2025 , 22:35
Bakıda FACİƏ : sürət qatarı piyadanı vurub öldürdü

Bakıda FACİƏ: sürət qatarı piyadanı vurub öldürdü

24 may 2025 , 21:37
Bakıda kişi yaşadığı evdə ölü tapıldı

Bakıda kişi yaşadığı evdə ölü tapıldı

24 may 2025 , 19:44
Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın  ələ keçirildi

Sumqayıtda bank kartlarına qənim kəsilən 45 yaşlı qadın ələ keçirildi

24 may 2025 , 17:52
Mehdiabadda "Opel"i oğurladılar

Mehdiabadda "Opel"i oğurladılar

24 may 2025 , 16:56
Azərbaycanda tələbə faciəvi şəkildə  öldü

Azərbaycanda tələbə faciəvi şəkildə öldü

24 may 2025 , 16:18
Ağdaşda yüksək vəzifəli şəxsin MEYİTİ TAPILDI

Ağdaşda yüksək vəzifəli şəxsin MEYİTİ TAPILDI

24 may 2025 , 15:54
Abşeronda evdən 10 minlik  OĞURLUQ

Abşeronda evdən 10 minlik OĞURLUQ

24 may 2025 , 14:51