Misirdə inqilabın 3-cü ilində 27 nəfər öldürülüb
26 yanvar 2014 06:47 (UTC +04:00)

Misirdə inqilabın 3-cü ilində 27 nəfər öldürülüb

0

Yanvarın 25-də Misirdə inqilabın 3-cü ildönümü günü polislə etirazçılar arasında baş verən qarşıdurmada 27 dinc aksiya iştirakçısı həlak olub.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, 24 nəfər paytaxt Qahirədə onun ətrafında ölüb.

 

İki nəfə Qahirənin cənubunda  Əl-Minye şəhərində, bir tələbə isə İsgəndəriyyədə öldürülüb.

 

Mənbə bildirib ki, qarşıdurma nəticəsində 180 –ə yaxın aksiyaçı xəsarət alıb. Onlardan 130-u ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 439

Oxşar yazılar