Mingəçevirdə mənzildə qadın meyiti aşkarlanıb
13 aprel 2014 00:10 (UTC +04:00)

Mingəçevirdə mənzildə qadın meyiti aşkarlanıb

Mingəçevirdə yaşlı qadının mənzildə köməksiz vəziyyətdə qalması barədəFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə  məlumat daxil olub.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən məlumata görə,  nazirliyin uyğun xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Yanğınsöndürən-xilasedicilər beşmərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısınıbayır tərəfdən açaraq, içəri daxil olublar. Mənzilə baxış keçirilərkən ev sahibəsi 1941-cı il təvəllüdlü Liberedova Raida İvanovnanın meyiti aşkar edilib və aidiyyəti üzrə təhvil verilib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 690

Oxşar yazılar