Millət vəkilimiz Türkiyədə vali ilə görüşdü
14 may 2013 12:48 (UTC +04:00)

Millət vəkilimiz Türkiyədə vali ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva Bolu valisi İbrahim Özçimenlə görüşüb. Lent.az-ın məlumatına görə, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu bildirən millət vəkili Azərbaycanın  daim  qardaş Türkiyənin yanında olduğunu deyib.  Azərbaycanla Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu  ifadə edən millət vəkili Q. Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri, bələdiyyələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edib.

 

Azərbaycanı çox sevdiyini deyən Bolu valisi iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından böyük məmnuniyyət duyduğunu deyib.

 

Görüşün sonunda millət vəkili Q. Paşayeva İ. Özçimenə Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı kitab və materiallar və özünün müəllifi olduğu əsərləri də təqdim edib.

# 473
avatar

Oxşar yazılar