Maştağa sakini bibisi oğlunu öldürdü
24 sentyabr 2013 10:58 (UTC +04:00)

Maştağa sakini bibisi oğlunu öldürdü

 

Sentyabrın 23-də Bakı şəhərinin Sabunçu rayonunda qətl hadisəsi törədilib.

 

Rayon  Prokurorluğundan Lent.az-a verilən məlumata görə, saat 23.00 radələrində Maştağa qəsəbəsi Həzi Aslanov küçəsi, ev 16 ünvanının qarşısında 1985-ci il təvəllüdlü Xudabaxşıyev Əli Firuz oğlu bibisi oğlu, 1983-cü il təvəllüdlü Baxşıyev Vüqar Vaqif oğlunu şəxsi münaqişə zəminində bıçaqlayaraq qətlə yetirib. Ə. Xudabaxşıyev saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

# 1300
avatar

Nizam Rza

Oxşar yazılar