Maşın piyadanı vurub öldürdü
17 dekabr 2013 16:26 (UTC +04:00)

Maşın piyadanı vurub öldürdü

0

Bərdə rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə Bərdə rayonunun Hüseynbəyli kəndində qeydə alınıb. Rayon sakini Sahib Muradov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə rayonun Qaradəmirçi kənd sakini Haqverdi Ağayevi vurub.  Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

 

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1175

Oxşar yazılar