Lənkəranda kişi meyiti tapıldı - <span style="color:red;">YENİLƏNİB
04 mart 2014 14:02 (UTC +04:00)

Lənkəranda kişi meyiti tapıldı - YENİLƏNİB

0

Lənkəran rayonunda kişi meyiti tapılıb.

 

APA-nın cənub bürosunun məlumatına görə, 45-50 yaşlarında olduğu ehtimal edilən kişi meyiti bu gün səhər saatlarında Lənkəran-Lerik şose yolunun Darquba kəndindən keçən  hissəsində, “Armudluq” restoranının yanında aşkarlanıb. Hadisə yerinə dərhal rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Üzərində hər hansı zorakılıq əlamətlərinin olub-olmadığını aydınlaşdırmaq üçün meyit

 

Lənkəran Məhkəmə-tibbi ekspertiza şöbəsinə aparılıb.

 

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalardan sonra meyitin şəxsiyyəti dəqiqləşdirilib. Onun 1968-ci il təvəllüdlü Darquba kənd sakini Vasif Həbib oğlu Rzayev olduğu məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 980

Oxşar yazılar