Güclü küləyin təsirindən Müşviqabad qəsəbəsində ağac aşaraq qaz xəttini dirəklərdən ayırıb.
“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a bildirilib ki, qaz sızması müşahidə olunmadığından abonentlərin qazla təminatında fasilə yaranmayıb. Müvafiq təşkilatlar ağac qalıqlarını təmizlədikdən sonra qaz xətti əvvəlki vəziyyətinə qaytarılaraq bərpa olunacaq