Bakıda aşan ağac televiziyaya ziyan vurdu
05 avqust 2019 16:46 (UTC +04:00)

Bakıda aşan ağac televiziyaya ziyan vurdu

Günortadan sonra Nəsimi rayonu, S.Rüstəm küçəsində küclü külək ağacı orta təzyiqli qaz kəmərinin üzərinə aşırıb.

“Azəriqaz”dan Lent.az-a bildirilib ki, nəticədə qaz xətti onu saxlayan dirəklərdən qopub. Lakin qaz sızması baş vermədiyindən təchizatda fasilə yaranmayıb. Hazırda ərazi ağac qalıqlarından təmizlənir, bundan sonra dərhal qaz xətti əvvəlki vəziyyətinə qaytarılacaq.

Digər məlumata görə, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “ATV plyus” kabel televiziyasının sayğacının üzərinə aşaraq onu zədələyib. Sayğac yarasız hala düşüb.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 642

Oxşar yazılar