İtaliya çempionatının ən yaxşı futbolçusu məlum oldu
28 yanvar 2014 10:34 (UTC +04:00)

İtaliya çempionatının ən yaxşı futbolçusu məlum oldu

0

“Yuventus” klubunun yarımmüdafiəçisi Andrea Pirlo 2012-2013-cü il mövsümündə İtaliya A seriyasının ən yaxşı futbolçusu seçilib. Lent.az-ın məlumatına görə, səsvermə ölkə çempionatının oyunçuları arasında keçirilib.

 

34 yaşlı xavbek bu mükafata ardıcıl ikinci mövsüm layiq görülüb. Pirlo mövsümün simvolik yığmasına da düşüb: 

 

Qapıçı: Samir Handanoviç (“İnter”)

Müdafiəçilər: Kristian Maco (“Napoli”), Andrea Bartsalyi, Corco Kyellini (hər ikisi “Yuventus”), Mattiya De Şilyo (“Milan”)

Yarımmüdafiəçilər: Arturo Vidal, Andrea Pirlo (hər ikisi “Yuventus”), Borxa Valero (“Fiorentina”)

Hücumçular: Edinson Kavani (“Napoli” / PSJ), Antonio Di Natale (“Udineze”), Mario Balotelli (“Milan”)

 

Ən yaxşı baş məşqçi adına da “Yuventus”dan Antonio Konte yiyələnib. “Sassuolo”nun hücumçusu, 16 oyuna 12 qol vurmuş Domeniko Berardi B seriyasının ən yaxşı gənc oyunçusu, Çempionlar Liqasının finalını idarə etmiş Nikola Ritsoli ən yaxşı hakim, Melaniya Qabbyadini isə ən yaxşı qadın futbolçu sayılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 608

Oxşar yazılar