İçərişəhərdə qanlı hadisə
22 iyun 2014 12:59 (UTC +04:00)

İçərişəhərdə qanlı hadisə

Bakı şəhərinin Səbail rayonu ərazisində daha bir xuliqanlıq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayon sakini, 1983-cü il təvəllüdlü Tağıyeva Mehriban Gəray qızı polisə müraciət edərək bildirib ki, tanışı, Salyan rayon sakini olan 31 yaşlı Elgün Mehdiyev onu İçərişəhərdə döyüb. Böyük Qala küçəsi 53 ünvanının qarşısında qadının qarşısını kəsən E.Mehdiyev onu bıçaqla hədələyib, yumruqla bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona xəsarətlər yetirib.

 

Hadisənin təfərrüatları, hər iki şəxs arasındakı münasibətlər barədə ətraflı məlumat verilmir.

 

Müraciət əsasında araşdırmalar aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2213

Oxşar yazılar