Hərbi paradın baş məşqi iyunun 24-də olacaq
22 iyun 2013 19:50 (UTC +04:00)

Hərbi paradın baş məşqi iyunun 24-də olacaq

Bakı şəhərində 26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə keçiriləcək hərbi paradın baş məşqi iyunun 24-də Azadlıq meydanında keçiriləcək.

 

Bu barədə APA-ya paradda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin zabitləri məlumat veriblər.

Təlim məşqləri saat 16:00-da başlayacaq. Əvvəlcə paradda iştirak edən heyətin, daha sonra isə hərbi texnikanın tribuna önündən keçidi olacaq.

Baş məşqlə əlaqədar olaraq, paytaxtın Neftçilər prospektində həmin müddətdə Xalça Muzeyi qarşısından Azadlıq meydanına qədər olan hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Baş məşqdə Silahlı Qüvvələrin və paradda təmsil olunacaq digər hərbi qurumların rəhbərlərinin iştirakı gözlənilir.

Paradın baş məşqinin iyunun 23-də keçiriləcəyi gözlənilirdi. Baş məşqə əvvəlki məşqlərdə çıxmayan hərbi texnikaların da çıxarılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1897
avatar

Oxşar yazılar