Hacıqabulda avtoqəza:bir nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB
03 noyabr 2013 14:22 (UTC +04:00)

Hacıqabulda avtoqəza:bir nəfər ölüb, 3 nəfər yaralanıb - YENİLƏNİB

Hacıqabul rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosuna BDYP-dən verilən məlumata görə bu gün saat 16.30 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində Bakı-Qazax yolunun 130-cu kilometrliyində Goranboy rayonunun Dəliməmmədli kənd sakini 1986-cı il təvəllüdlü Ağayev Emin Arif oğlunun idarə etdiyi «Qazel» markalı 03 BA 302 dövlət nömrə nişanlı yük maşını ilə Şəmkir sakini 1983-cü il təvəllüdlü İsmayılov Elçin Qəmbər oğlunun idarə etdiyi  «Mersedes» markalı 99 CS 690 dövlət nömrə nişanlı avtomobil toqquşub.

 

Qəza  nəticəsində 4 nəfər xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Onlardan «Mersedes»in sürücüsü reanimasiya şöbəsində dünyasını dəyişib. «Qazel» markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər Ucar rayonunun Müsüslü kənd sakini 1992-ci il təvəllüdlü Həmidov Orxan Afiq oğlu və sürücünün qardaşı Ağayev Ənvər Arif oğlu müxtəlif bədən xəsarətləri ilə travmatologiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2669

Oxşar yazılar