Gülər Əhmədova Strasburq Məhkəməsinə müraciət etdi
01 may 2013 12:20 (UTC +04:00)

Gülər Əhmədova Strasburq Məhkəməsinə müraciət etdi

Vəkillər Raqif Mustafayev və Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb.

 

Bu barədə APA-ya məlumat verən R. Mustafayev bildirib ki, istintaq orqanı tərəfindən Elşad Abdullayevin yaydığı sonuncu videomaterialla əlaqədar fonoskopik ekspertizanın keçirilməsi haqqında qərar qəbul olunub: “Biz həmin qərara etiraz etdik. Çünki əvvəllər də qeyd etdiyimiz kimi həmin videomateriallar maddi sübut kimi götürülə bilməz. Biz Gülər xanımın həbsinin qanunsuz olması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət hazırlamışıq”.

 

Vəkilin sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinə ünvanlanan şikayət G.Əhmədovanın həbsinin qanunsuz olması ilə bağlıdır: “Şikayətimizi poçt vasitəsi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdik”.

 

 

R. Mustafayev G. Əhmədovanın bəzi qəzetlərin onun haqqında əsassız məlumatlar yazmasına etiraz etdiyini də bildirib: “Gülər xanım mənə və digər vəkili Əfsər Talıbova tapışırdı ki, qərəzli məlumatlar yazan qəzetlərə hər hansı məlumat verməyək”.

 

Vəkil Əfsər Talıbov isə Gülər Əhmədovanın Bakı şəhər prokuroru Əziz Seyidova ərizə yazdığını bildirib: “Gülər xanım ərizə yazıb öz xidmətlərini, himayəsində azyaşlı uşağın olmasını, həyat yoldaşının və özünün xəstə olmasını göstərdi və xahiş etdi ki, onun ev dustaqlığına buraxılması üçün köməklik etsin. Həmçinin bildirdi ki, Elşad Abdullayev gəlib ifadə verməyənə kimi o da ifadə verməyəcək ”.

 

Ə. Talıbov G. Əhmədovanın vəkil Eldar Qədimidən imtina etməsi barədə ərizə yazdığını və bunun müstəntiq tərəfindən təsdiq olunaraq protokollaşdırıldığını da qeyd edib.

# 1127
avatar

Oxşar yazılar

Polis kapitanı faciəvi   şəkildə öldü

Polis kapitanı faciəvi şəkildə öldü

3 may 2024 , 18:48
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

3 may 2024 , 17:31
İtkin düşən hamilə qadının meyiti tapıldı

İtkin düşən hamilə qadının meyiti tapıldı

3 may 2024 , 16:47
Bakıda kişi sevgilisinə görə özünə OD VURDU  - VİDEO  - YENİLƏNİB

Bakıda kişi sevgilisinə görə özünə OD VURDU - VİDEO - YENİLƏNİB

3 may 2024 , 16:37
Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ:  1 ölü, 4 yaralı

Kəlbəcərdə hərbçilərimiz QƏZAYA DÜŞDÜ: 1 ölü, 4 yaralı

3 may 2024 , 16:27
Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA:  7 nəfər öldü

Azərbaycanın güneyində DƏHŞƏTLİ QƏZA: 7 nəfər öldü

3 may 2024 , 15:24
Sürücü yol polisinə bıçaq çəkdi

Sürücü yol polisinə bıçaq çəkdi

3 may 2024 , 15:19
Vilayət Eyvazov generalı müşavir  təyin etdi

Vilayət Eyvazov generalı müşavir təyin etdi

3 may 2024 , 14:54