Gəncə sakini küçədə öldü
28 avqust 2013 19:00 (UTC +04:00)

Gəncə sakini küçədə öldü

Gəncə şəhərində uşaq bağçasının həyətində huşsuz vəziyyətdə tapılan şəxs xəstəxanaya aparılarkən dünyasını dəyişib.

 

Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, huşsuz vəziyyətdə tapılan şəxs Gəncə şəhər sakini, tüfeyli həyat tərzi keçirən, 38 yaşlı Anar İsmayılovdur.

 

Alkoqol düşkünü olan A. İsmayılov qara ciyər serrozundan əziyyət çəkirmiş.

 

Həddindən artıq spirtli içki qəbul edərək huşsuz vəziyyətə düşən A. İsmayılov xəstəxanaya aparılarkən dünyasını dəyişib.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 674

Oxşar yazılar