FACİƏ: 4 aylıq körpə ehtiyatsızlığın qurbanı oldu
17 dekabr 2013 12:47 (UTC +04:00)

FACİƏ: 4 aylıq körpə ehtiyatsızlığın qurbanı oldu

0

Sumqayıtda körpə qız faciəvi şəkildə ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 16-da Sumqayıt şəhərində yaşayan azyaşlı Zəhra Cəbrayılova dərmandan zəhərlənərək ölüb.

 

Lent.az-ın əldə etdiyi məlumata görə, ölən uşaq bu ilin avqust ayında dünyaya gəlib. Dünən nəfəs çatışmazlığı müşahidə edilən uşağa yaxınları tibbi yardım göstərməyə çalışıb və uşağın burnuna “nazvin” damcısı töküblər. Lakin damcılar körpənin nəfəs borusuna gedib və 4 aylıq Zəhranın ölümünə səbəb olub.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3443

Oxşar yazılar