Ərdoğan Fransua Ollandla Qarabağdan danışdı
22 iyun 2014 12:34 (UTC +04:00)

Ərdoğan Fransua Ollandla Qarabağdan danışdı

Fransada səfərdə olan Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə prezidenti Frasua Ollandla görüşüb. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, Dağlıq Qarabağ münaqişəsinin həlli tərəflər arasında əsas müzakirə mövzularından birini təşkil edib.

Olland və Ərdoğan Dağlıq Qarabağ münqişəsinin həlli istiqamətində görülən işlərdən danışıblar. 

Liderlərin daha sonra TANAP lahiyəsinin önəmindən də söhbət açıblar.

Görüş zamanı Ərdoğan və Olland Krım böhranı, Ukrayna, İraq və Suriyadakı mövcud vəziyyətləri də müzakirə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854

Oxşar yazılar