DİN və Baş Prokurorluq birgə məlumat yaydı
11 aprel 2013 16:34 (UTC +04:00)

DİN və Baş Prokurorluq birgə məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri martın 31-də həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı Şəhər sakinləri Taleh Bağırov və Anar Məlikovla bağlı birgə məlumat yayıb. Lent.az-a daxil olan məlumatda bildirilir ki, martın 31-də nazirlik əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə "Makarov" tipli tapança,            4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar. 

 

Məlumatda daha sonra qeyd olunub ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılmış, birinci mərtəbənin şüşələri sındırılmış və divarına "Taleh Bağırova azadlıq!" sözləri yazılıb. Elə həmin gün, təxminən saat         05.35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb. İlkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər. Təqsirləndirilən şəxslərin etirafedici ifadələri, müvafiq ekspertiza rəyləri və digər mötəbər sübutlarla Bəxtiyar Qurbanov və Röyal Əsgərovun törətdikləri cinayət əməlləri, onların bu işi məhz Taleh Bağırovun tapşırığı əsasında etdikləri tam təsdiqini tapıb.

 

Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 

# 1682
avatar

Oxşar yazılar

Bakı-Qazax yolunda  yük maşını   aşdı

Bakı-Qazax yolunda yük maşını aşdı

28 aprel 2024 , 19:39
Neftçalada 46 yaşlı kişi  göldə   batdı

Neftçalada 46 yaşlı kişi göldə batdı

28 aprel 2024 , 19:36
Şəkidə qəza-Xəsarət alanlar var

Şəkidə qəza-Xəsarət alanlar var

28 aprel 2024 , 18:12
Sədərək rayonunda partlayış -  Ölənlər var

Sədərək rayonunda partlayış - Ölənlər var

28 aprel 2024 , 17:09
Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

Göygöldə çətin keçilən ərazidən meyit çıxarıldı-YENİLƏNİB

28 aprel 2024 , 17:01
Bakıda restoranda yanğın  -Tüstüdən zəhərlənənlər var

Bakıda restoranda yanğın -Tüstüdən zəhərlənənlər var

28 aprel 2024 , 16:25
Tovuzda  dərəyə düşən   kişi xilas edildi -  VİDEO

Tovuzda dərəyə düşən kişi xilas edildi - VİDEO

28 aprel 2024 , 14:37
Bakıda kuryoz olay-VİDEO

Bakıda kuryoz olay-VİDEO

28 aprel 2024 , 12:08