DİN Qobustandakı faciəl ilə bağlı məlumat yayıb
24 may 2014 13:01 (UTC +04:00)

DİN Qobustandakı faciəl ilə bağlı məlumat yayıb

0

Daxili İşlər Nazirliyi Qobustan rayonundakı istirahət mərkəzində baş verən faciəli hadisə ilə bağlı məlumat yayıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, mayın 23-də saat 13 radələrində Qobustan rayonu Çalov kəndinin ərazisində yerləşən “Qobuland” istirahət mərkəzində Bakı şəhər sakini Aytən Əzizova idarə etdiyi “Golf” oyunu üçün nəzərdə tutulmuş avtomobili aşırıb.

 

A. Əzizovanın sərnişinlərindən orta məktəb şagirdləri, 10 yaşlı Dəniz Qorçu hadisə yerində ölüb, özü və digər sərnişinləri, 11 yaşlı Ayla Hacızadə və 10 yaşlı Dinara Mustafayeva xəstəxanaya yerləşdiriliblər.

 

Faktla əlaqədar cinayət işi başlanıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1175

Oxşar yazılar