Cəlilabadda dəhşətli olay yaşanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 15-də Cəlilabad rayonu Cəlayir kəndinin ərazisində Uzuntəpə kənd sakini Elnur Mirzəyev münaqişə zəminində Qarazəncir kənd sakini Niyaməddin Bayramovu boğaraq qətlə yetirib.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Mirzəyev tutulub.