Bakıda zəncirvarı yol qəzası baş verib
24 iyul 2014 02:54 (UTC +04:00)

Bakıda zəncirvarı yol qəzası baş verib

Bakının Nərimanov rayonunda zəncirvari qəza baş verib.


 

APA TV-nin məlumatına görə, hadisə Xocalı prospekti ilə Nemət Quliyev küçəsinin kəsişməsində, “Yaşıl bazar”ın qarşısında qeydə alınıb.

 

Qəza zamanı  Rəşad Pənahovun idarə etdiyi “Opel” Pənah Məmmədovun idarə etdiyi “VAZ 2107”ni,  o isə  işıqforun qırmızı işığında dayanan Şaiq İsayevin idarə etdiyi “Mercedes Benz”i vurub. 

 

Zərərçəkən  Pənah Məmmədovun sözlərinə görə, “Opel” sürətlə hərəkət edirmiş.

 

Hadisə yerinə Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yarasız hala düşən avtomobillər hadisə yerindən uzaqlaşdırılıb. Sürücülər isə ifadələri alınmaq üçün yol polisi şöbəsinə aparılıblar. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245

Oxşar yazılar