Bakıda ticarət mərkəzindən içi qızılla dolu seyf oğurlanıb
11 iyun 2013 12:25 (UTC +04:00)

Bakıda ticarət mərkəzindən içi qızılla dolu seyf oğurlanıb

Bakıda külli miqdarda qızıl oğurlamış şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyunun 2-də Bakı şəhər sakini Əlizadə Cabbarova məxsus Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən «Ağ Saray» ticarət mərkəzində qızıl məmulatlarının satışı mağazasından qapını sındırma yolu ilə içərisində 70 min manat dəyərində qızıl-zinət əşyaları olan seyf oğurlanıb. Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Binə qəsəbə sakinləri Həsən Əhmədov, Seymur Sovqatov və Yaşar Hacıyev iyunun 10-da yaxalanıb.

 

Araşdırmalar davam etdirilir.

# 2059
avatar

Nizam Rza

Oxşar yazılar