Bakıda qəza: ölən var
17 avqust 2013 10:33 (UTC +04:00)

Bakıda qəza: ölən var

Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Günəşli qəsəbəsində, elektrik yarımstansiyasının qarşısında “QazEL” markalı yük maşını 50-55 yaşlı kişini vurub. Piyada hadisə yerindəcə keçinib.

 

İlkin müayinə zamanı ölən şəxsin tüfeyli həyat tərzi keçirən birisi olması və hadisə zamanı sərxoş olması müəyyən edilib. Araşdırmalar davam etdirilir.

 

# 1165
avatar

Nizam Rza

Oxşar yazılar