Bakıda qadın bıçaqlandı
19 oktyabr 2013 10:50 (UTC +04:00)

Bakıda qadın bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Yeni Suraxanı qəsəbəsi Katovski küçəsi ev-1, mənzil 10 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1961-ci il təvəllüdlü Kəmalə Musa qızı Rzayeva naməlum şəraitdə bıçaqlanıb. K. Rzayeva ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Hazırda hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1163

Oxşar yazılar