Bakıda polisin saxla əmrinə məhəl qoymayan sürücü ağır qəza törədib. Lent.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Bakıxanov və Səməd Vurğun küçələrinin kəsişməsində nəzarət kameraları tərəfindən qeydə alınmış kadrlardan görünür ki, yolun açıq olmasına baxmayaraq, yol polisi digər tərəfdə yaranmış tıxacı aradan qaldırmaq məqsədilə Səməd Vurğun küçəsi ilə hərəkət edən avtomobilləri saxlamağa çalışır. Bu zaman iki avtomobil - "cip" və "VAZ" markalı minik avtomobili polisin işarəsinə məhəl qoymadan irəliyə doğru hərəkət edirlər. Bu vaxt Bakıxanov küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil işıqforun qırmızı işığında keçərək "cip"lə toqquşur. Nəticədə zərbənin təsirindən istiqamətini dəyişən "cip" işıqforun qırmızı işığında dayanmış minik avtomobilinə çırpılaraq dayanır. Toqquşma zərbəsindən deformasiyaya uğramış "Mercedes"in hissələri yola səpələnir və avtomobil qəfildən tüstülənir. Bu zaman "Mercedes"in qapısı açılır və sürücü huşsuz halda yerə sərilir.
Hadisə zamanı yaxınlıqda olan yol polisləri və mülki vətəndaşlar qəzada xəsarət alanlara yardım etməyə tələsirlər. İnsanların və avtomobillərin hadisə yerinə toplaşmasından yolda böyük bir tıxac yaranır.

Bakıda polisin gözü önündə dəhşətli hadisə
Oxşar yazılar

Bakıda iki maşın toqquşdu: 1 ölü, 5 yaralı
14 iyul 2025 , 09:33
Bank və xəbər saytına müdaxilə edən haker ələ keçdi - DTX-dan ƏMƏLİYYAT
14 iyul 2025 , 09:05
Bakının mərkəzində yolu keçən piyadanı maşın vurub öldürdü
14 iyul 2025 , 09:01
Qazaxda AĞIR QƏZA: 4 nəfər yaralandı
14 iyul 2025 , 08:16
“Taxta bazarı”nda YANĞIN - VİDEO - YENİLƏNİB
14 iyul 2025 , 06:41
Gəncədə zəncirvari qəza olub, yaralılar var -FOTOLENT -YENİLƏNİB
13 iyul 2025 , 19:52
Polis rəisi Namiq Musayev həbs olundu
13 iyul 2025 , 19:33