Bakıda polisə silahlı müqavimət: qardaşlar həbs edildi
28 avqust 2013 13:16 (UTC +04:00)

Bakıda polisə silahlı müqavimət: qardaşlar həbs edildi

Bakıda iki nəfər polisə silahlı müqavimət göstərib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 27-də Mingəçevir şəhəri Təbriz küçəsində Səbail RPİ tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı və 315-ci maddələri ilə axtarışda olan Fikrət Gülməmmədov qardaşı Bəxşeyişin idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşında saxlanılıb. Bu zaman onlar polis əməkdaşlarına qarşı bıçaqla müqavimət göstəriblər.

F.Gülməmmədov və qardaşı Baxşeyiş tutulub. Avtomaşına baxış zamanı 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapança, 1 ədəd patron darağı və 3 ədəd patron aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1584

Oxşar yazılar