Bakıda oğurluq və dələduzlu etmiş qadınlar tutulub
27 avqust 2013 12:01 (UTC +04:00)

Bakıda oğurluq və dələduzlu etmiş qadınlar tutulub

Bakıda axtarışda olan iki qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Roza Hüseynova tutulub.

Xətai RPİ 36-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elnarə Mikayılova yaxalanıb.

 

Hər iki qadın ətrafında araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 900

Oxşar yazılar