Bakıda Litva konsulluğuna məxsus avtomobil vurulub. Lent.az-ın məlumatına görə, hadisə Ə.Əliyev küçəsi 7 ünvanında, konsulluğun binasının qarşısında baş verib. Konsulluqda konsulun köməkçisi vəzifəsində çalışan Kastinalis Marina İvanovnaya məxsus, F 046 01 nömrə nişanlı "Nissan Tiida" markalı avtomobil naməlum sürücünün idarə etdiyi maşınla vurulub. Sürücü nəqliyyat vasitəsi ilə birgə hadisə yerindən uzaqlaşıb.
Xoşbəxtlikdən qəza vaxtı qadın diplomatın maşınında kimsə olmayıb. Avtomobilə xeyli ziyan dəyib.
Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.